Keçid linkləri

2026, 02 Yanvar, Cümə, Bakı vaxtı 13:07

Yuşşenko seçki qanununa düzəlişi təsdiqləyib


Ukrayna prezidenti Viktor Yuşşenko seçkinin saxtalaşdırılmasının mümkünlüyü ilə bağlı şikayətə baxmayaraq, seçki haqqında qanuna edilmiş düzəlişi təsdiqləyib.

Prezidentliyə namizəd, hazırkı baş nazir Yuliya Timoşenko bəyan edib ki, rəqibi Viktor Yanukoviçin Regionlar Partiyası bu düzəlişdən istifadə edərək seçkini saxtalaşdırmağa hazırlaşır.

Yeni düzəlişə görə ,Seçki Komissiyasının bundan əvəl tələb olunduğu kimi 2/3-si yox, yarısı işdə olsa kifayətdir.

Ukraynada təkrar prezident seçkiləri fevralın 7-də keçiriləcək.
XS
SM
MD
LG