Avstraliyanın hakimiyyət orqanları İrana yük aparan bir neçə gəmini saxlayıb. Ölkənin baş naziri Kevin Rudun sözlərinə görə, İranın həmin yükdən nüvə silahı hazırlamaq üçün istifadə edəcəyi ilə bağlı şübhələr varmış. Ona görə də müdafiə naziri belə bir qərar verib.
O, İrana gedən gəmilərin azı 3 dəfə belə şübhələr əsasında saxlanıldığını da bildirib.