Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Kərzai Səudiyyə Ərəbistanının vasitəçi olmasını istəyir


Əfqanıstan prezidenti Həmid Kərzai Səudiyyə kralı Abdulla ilə görüşündə Talibanın silahı buraxıb siyasi proseslərə cəlb olunmasında Səudiyyə Ərəbistanının vasitəçilik etməsini xahiş edib.

Ötən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Feysəl bəyan etmişdi ki, Taliban Usama bin Laden və onun Əl-Qaidə terror şəbəkəsi ilə əlaqələrini kəsməyincə, Krallıq Əfqanıstanda vasitəçiliyə razı olmayacaq.

Səudiyyə Ərəbistanı dünyada talibançılarla əlaqəsi olan yeganə ölkədir. Əfqanıstanda Taliban rejimi qurulanda onu rəsmən tanıyan məhz Səudiyyə Ərəbistanı olub.

XS
SM
MD
LG