«İşdən sonra» proqramının birinci saatının ikinci hissəsində Dünya Bankının puluna müflisləşən azərbaycanlılar müzakirə edilib. Proqramın qonağı olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib:
- Bakı-Tbilisi-Cehyan neft kəmərinin monitorinqini apararkən bizi seminara çağırdılar. Biz başa düşdük ki, ən əsas hədəf pulu verəndə olmalıdır. Pulu Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı vermişdi. Bizim sahə çox maraqlı sahə olduğu üçün hələ də fəaliyyətimizi davam etdiririk. Hal–hazırda mətbuat üçün yazdığımız açıqlama layihə deyil, əvvəl gördüyümüz işlərdir. Bu sahədə işləyən QHT-lər az olduğundan, pul az ayrıldığından QHT-lər işləyə bilmir. Azərbaycana böyük pullar gəlir, bu gün kənddə oturan hansısa insan bilmir ki, bunun malı-mülkü gedir. Bu, hansı puldur, neft puludurmu, kreditdirmi, büdcədirmi, hər halda hər üçündə mal-mülk gedir.
Mirvari Qəhrəmanlı deyir ki, Ələt–Astara–Masallı yolunun çəkilməsində insanlar aldadılırlar:
- Bankların vəzifəsidir ki, bu layihə haqqında geniş ictimaiyyətə məlumat versin. Saytlara baxdıq qapalıdır, yəni ingilis dilindədir. Əyalətdə oturanın xəbəri yox idi ki, nə məsələdir. 2008-ci ildə onlara dedilər ki, Salyan, Neftçalada hər hektara 18 min manat pul verəcəyik. İnsan fikirləşdi ki, bu pulu götürsə yoxsullaşmayacaq. Masallıda isə daha çox - 30-35 min pul verilməli idi. 2009 – cu ildə isə xəbər gəldi ki, bir hektara 1800 manat yəni 20 faiz prezident tərəfindən ayrılıb. Masallıda isə bu pul 3000-dən yuxarı qalxmadı.
Mirvari Qəhrəmanlı bu məsələnin belə qalmayacağını dedi:
- Aprel ayında Dünya Bankı bizim təşkilatla illik görüşdə iştirak edəcək. Biz əhalidən ərizələr yığıb alaraq, prezentasiya hazırlayacağıq. Əgər pul tapa bilsək, ora zərərçəkənlərdən birini də göndərəcəyik. Bu insanların aldadılmasına Dünya Bankı son qoymalıdır. Niyə öz siyasətlərinə nəzarət etmir? Biz zəif bəndi tapmalıyıq ki, hara vurmalıyıq.
Mirvari Qəhrəmanlı təsadüfən əllərinə düşən hansı sənəddən danışdı?
Söhbətdə daha hansı məqamlar ortaya çıxdı?
PROQRAMI DİNLƏYİN