Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 02:50

Partlayışda azı 10 adam ölüb,70 nəfərsə yaralanıb


Pakistanın şimal-qərbində baş vermiş partlayışda azı 10 adam ölüb, 70 nəfərsə yaralanıb.

Məlumatlara görə ölənlərdən 3-ü Amerika əsgəri, biri isə şagirtdir.

Həmçinin yaralıların 60-dan çoxu şagirt qızlardır.

Partlayış Yuxarı Dir şəhərindəki qızlar məktəbinin yaxınlığında baş verib.

Məktəbin açılışına gedən maşın karvanı yolda minaya düşüb.

Yuxarı Dir talibançıların fəal olduğu rayonlardan biridir.
XS
SM
MD
LG