Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

İşgəncələrlə bağlı Pakistan hakimiyyətinə müraciət olunacaq


Terrorçularla əlaqədə olmaqda ittiham edilərək həbs olunmuş 5 amerikalının təcridxanada işgəncələrə məruz qalması barədə məlumatın həqiqiliyini araşdırmaq üçün Dövlət Departamenti Pakistan hakimiyyətinə rəsmən müraciət ediləcək.

 

Dekabrda Pakistana gəldikdən az sonra həbs olunmuş bu 5 nəfər ekstremist qruplarla əlaqədə və terror aktları hazırlamaqda ittiham olunur. Özlərini günahsız sayan amerikalılar isə saxlandıqları təcridxanada işgəncələrə məruz qaldıqlarını, ölümlə hədələndiklərini bildiriblər.

 

 

XS
SM
MD
LG