Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 13:40

Yeni tikilidə partlayış olub, 3 nəfər yaralanıb

Fevralın 3-də Xırdalanda 28-ci məhəllədə yeni tikilən 5 mərtəbəli binada partlayış olub.

Abşeron rayon polis şöbəsindən verilən məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Partlayışa səbəb isə tikintidə istifadə olunan oksigen balonu olub.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG