Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 18:48

Rail Rzayevin yaşadığı binanın mühafizəçisi 3 il yarım cəza aldı


Elşən Eyvazov
Elşən Eyvazov
Bu gün Yasamal rayon Məhkəməsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, ötən il qətlə yetirilmiş general-leytenant Rail Rzayevin yaşadığı binanın mühafizəçisi Elşən Eyvazova hökm oxunub. O, 3 il 6 ay azadlıqdan məhrum edilib.

Elşən Eyvazov narkotik maddə saxlamaqda, dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunub. Vəkili Xalid Bağırov hökmlə razılaşmayıb. Deyib ki, müdafiə etdiyi şəxs saxta ittihamlarla həbs olunub.

General Rail Rzayev ötən il fevralın 11-də qətlə yetirilib. Hadisədən bir neçə gün sonra onun yaşadığı binanın mühafizəçisi Elşən Eyvazov polisin əmrinə tabe olmama ittihamı ilə inzibati qaydada 10 sutkalıq həbs olunmuşdu. Bu müddət başa çatandan sonra isə ona narkotik maddə saxlama, dələduzluq və sənədləri saxtalaşdırmaya görə ittihamlar irəli sürülmüşdü.
XS
SM
MD
LG