Azərbaycandakı seçicilərin hər on nəfərindən biri Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Bunu YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. Fevralın 2-də YAP-ın 500 000-ci üzvünə partiyanın üzvlük vəsiqəsi verilməsi münasibətilə tədbir keçirilib.
500 mininci YAP-çı partiyanın Nərimanov rayon təşkilatına üzv olmuş Ləman Fərzəliyevadır. L.Fərzəliyeva Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ikinci kurs tələbəsidir.
ZORƏN YAP-ÇI...
Gəncə Dövlət Universitetinin Ayaz adlı tələbəsi isə YAP-a üzlüklə bağlı AzadlıqRadiosuna elektron məktub yazıb:
«Mən Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsiyəm. Bizim universitetdə bizə dedilər ki, kimin 18 yaşı tamamdırsa, o, mütləq YAP-ın üzvü olmalıdır. Bu da azmış kimi hələ bizdən 2 manat pul da yığdılar. Hər kəsi buna dekanlıq məcbur etdi».
Qış sessiyası dövrü olduğundan Universitetdən bu məsələyə münasibət ala bilmədik.
«YAP-IN YERİTDİYİ SİYASƏT MƏNİ QANE EDİR»
Gəncə Dövlət Universitetinin başqa bir tələbəsi Mütəllim İskəndərov isə deyir ki, birinci kursa başlayan kimi o da YAP-a üzv olub, amma könüllü:
«Mən əvvəlcədən bilirdim ki, bu partiya var. Yəni ki, üzv olmaq olar. Maraqlanmışdım bu haqda. Dedilər ki, 18 yaşın tamam olmalıdır, ondan sonra üzv ola bilərsən.
Tələbə Mütəllim İskəndərov 2009-cu ilin dekabrından YAP-ın üzvüdür. O deyir ki, yeni olduğu üçün hələ hər hansı ictimai qurumu təmsil etməyin hansısa üstünlüklərindən danışa bilməz:
«YAP-a hələ ki, təzə üzv olmuşam. Hələ ki, elə bir üstünlük yoxdur. Bəlkə də, bu mənim təzə üzv olduğumdan irəli gəlir».
YAP > KOMMUNİST PARTİYASI
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Seymur Həziyev isə deyir ki, bu rəqəm şişirdilib:
«Bu çox absurd bir rəqəmdir – 500 min üzv. Hətta Sovetlər dövründə bütün inzibati məsələlər qanuni şəkildə Kommunist Partiyasının əlində olduğu halda, 500 minə iddia etməmişdi. Onun üzvləri İttifaq səviyyəsində elə bu qədər idi».
Seymur Həziyev YAP-ı «Vahid Rusiya» Partiyası ilə müqayisə edir: hər iki partiyanın inzibati yolla vətəndaşları tabe etmək məqsədi olduğunu deyir:
«Ali məktəblərdə, xüsusilə dövlət ali məktəblərində məcburən YAP-a üzv yazdırılırlar. Amma seçkilər zamanı, bağlı pərdə arxasında bu taktika özünü doğrultmur. Məlum olur ki, vətəndaşlar onlara etimad göstərmir.
«ƏLI ƏHMƏDOV HAQLIDIR»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu 500 min rəqəmindənsə, keyfiyyətə üstünlük verilməsinin tərəfdarıdır:
«İndi həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov səhiyyədə çalışan insanları bütövlükdə YAP-a üzv yazdırırdı. Yəni, biz reallıqda bu partiyaya üzvlərin necə qəbul olunduğunu bilirik. Say ola bilsin ki, çoxdur. Təhsil, səhiyyə ocaqlarında vaxtilə YAP-a üzvlük kütləvi şəkildə gedirdi. 90-cı illərin ortalarından sonuna kimi partiyaya qəbul təşkil olunmuşdu. Amma onu təşkil edənlərdən biri bu saat həbsdə yatır. Bunun özü də real vəziyyəti göstərir».
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bir partiyanın 500 min üzvü olmasını dünya üzrə yaxşı göstərici hesab edir. O deyib ki, digər partiyalar toplaşsa belə, YAP qədər üzvləri yığılmaz.
«Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov da bu fikirlə razıdır. O deyir ki, heç Azərbaycanda siyasi fəal əhalini bir yerə yığsan, YAP üzvlərinin sayını üstələməz. Ekspertin fikrincə, hakim partiyanın həm rəqəm göstəriciləri, həm də ritorikası onların təkpartiyalı sistemə doğru getdiklərini göstərir.
500 mininci YAP-çı partiyanın Nərimanov rayon təşkilatına üzv olmuş Ləman Fərzəliyevadır. L.Fərzəliyeva Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ikinci kurs tələbəsidir.
ZORƏN YAP-ÇI...
Gəncə Dövlət Universitetinin Ayaz adlı tələbəsi isə YAP-a üzlüklə bağlı AzadlıqRadiosuna elektron məktub yazıb:
«Mən Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsiyəm. Bizim universitetdə bizə dedilər ki, kimin 18 yaşı tamamdırsa, o, mütləq YAP-ın üzvü olmalıdır. Bu da azmış kimi hələ bizdən 2 manat pul da yığdılar. Hər kəsi buna dekanlıq məcbur etdi».
Qış sessiyası dövrü olduğundan Universitetdən bu məsələyə münasibət ala bilmədik.
«YAP-IN YERİTDİYİ SİYASƏT MƏNİ QANE EDİR»
Gəncə Dövlət Universitetinin başqa bir tələbəsi Mütəllim İskəndərov isə deyir ki, birinci kursa başlayan kimi o da YAP-a üzv olub, amma könüllü:
«Mən əvvəlcədən bilirdim ki, bu partiya var. Yəni ki, üzv olmaq olar. Maraqlanmışdım bu haqda. Dedilər ki, 18 yaşın tamam olmalıdır, ondan sonra üzv ola bilərsən.
Seymur Həziyev
18 yaşım tamam oldu, mən də müraciət elədim, onlar da mənim müraciətimə yaxşı cavab verdilər. Daha çox marağım bura idi. Yəni ki, YAP-ın yeritdiyi siyasət məni qane edirdi. Ona görə mən də bu partiyanı təmsil etmək istəyirəm».Tələbə Mütəllim İskəndərov 2009-cu ilin dekabrından YAP-ın üzvüdür. O deyir ki, yeni olduğu üçün hələ hər hansı ictimai qurumu təmsil etməyin hansısa üstünlüklərindən danışa bilməz:
«YAP-a hələ ki, təzə üzv olmuşam. Hələ ki, elə bir üstünlük yoxdur. Bəlkə də, bu mənim təzə üzv olduğumdan irəli gəlir».
YAP > KOMMUNİST PARTİYASI
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Seymur Həziyev isə deyir ki, bu rəqəm şişirdilib:
«Bu çox absurd bir rəqəmdir – 500 min üzv. Hətta Sovetlər dövründə bütün inzibati məsələlər qanuni şəkildə Kommunist Partiyasının əlində olduğu halda, 500 minə iddia etməmişdi. Onun üzvləri İttifaq səviyyəsində elə bu qədər idi».
Seymur Həziyev YAP-ı «Vahid Rusiya» Partiyası ilə müqayisə edir: hər iki partiyanın inzibati yolla vətəndaşları tabe etmək məqsədi olduğunu deyir:
«Ali məktəblərdə, xüsusilə dövlət ali məktəblərində məcburən YAP-a üzv yazdırılırlar. Amma seçkilər zamanı, bağlı pərdə arxasında bu taktika özünü doğrultmur. Məlum olur ki, vətəndaşlar onlara etimad göstərmir.
Elxan Şahinoğlu
Və yenə də polisin gücünə, zoruna arxalanmaq lazım gəlir. 500 min üzvü olan təşkilat bunu eləməz».«ƏLI ƏHMƏDOV HAQLIDIR»