Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Əfqan prezidenti Səudiyyə rəsmilərinin vasitəçilik etməsini istəyir


Əfqanıstan prezidenti Həmid Kərzay Səudiyyə Ərəbistanına gedib. O, Səudiyyə liderlərinin dəstəyi ilə mötədil Talibanla barışıq əldə etmək istəyir.

Kərzay uzun müddətdir ki, Səudiyyə Ərəbistanının Talibanı silahı yerə qoymağa inandırması üçün cəhdlər etməsini istəyir.

Əfqan prezidentinin Səudiyyə kralı Abdulla ilə görüşü də gözlənilir.

1996-2001-ci illərdə Əfqanıstandakı Taliban rejimini üç dövlət tanımışdı – Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ.
XS
SM
MD
LG