Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:37

Bosniya polisi vəhhabi saydığı şəxslərə qarşı əməliyyat keçirib


Bosniya polisi - radikal vəhhabi təriqətindən olduğu deyilən şəxslərin məskunlaşdığı kənddə əməliyyat keçirib.

Reyddə 600-dən çox polis iştirak edib.

Polis sayı açıqlanmayan həmiş şəxsləri dinlər arasında nifrət yaratmaqda ittiham edir.

Radikal təriqət üzvü olmaqda günahlandırılan sözügedən şəxslərin - mücahid kimi keçmiş Yuqoslaviya ərazisində 1992-95-ci illərdə baş vermiş müharibədə iştirak etdiyi, daha sonra Bosniya ərazisində qaldığı, ətraflarına tərəfdar topladığı deyilir.
XS
SM
MD
LG