Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 23:08

Bakı İstintaq Təcridxanasındakı şərait yüksək qiymətləndirilib


Fevralın 2-də Avropa Şurası və ATƏT-in Bakı nümayəndəliklərinin əməkdaşları Bakı İstintaq Təcridxanasının şəraiti ilə tanış olublar. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, nümayəndələr Bakı İstintaq Təcridxanasındakı şəraiti yüksək qiymətləndiriblər:

«Onlar qeyd ediblər ki, Bakı İstintaq Təcridxanası həm saxlanma şəraitinə, həm də digər məsələlər üzrə bütün beynəlxalq standartlara cavab verən bir qurumdur».

M.Sadıqovun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında Avropa Şurasının ekspertləri və digər beynəlxalq qurumların nümayəndələri dəfələrlə monitorinqlər keçiriblər və həmişə də yüksək rəylə oradan ayrılıblar.
XS
SM
MD
LG