Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Taktiki nüvə silahlarının azaldılmasına çağırılır


İsveç və Polşa ABŞ və Rusiyanı Avropadakı taktiki nüvə silahlarını da azaltmağa çağırıblar.

İsveçin xarici işlər naziri Karl Bildt polşalı həmkarı Radoslav Sikorski ilə birgə Nyu York Tayms qəzetinə yazdığı məqalədə Rusiyanın Baltik dənizindəki Kalininqrad anklavında və Kola yarımadasında yerləşdirdiyi döyüş başlıqlarını xüsusi qeyd edib. Onların qitə üçün təhlükə təşkil etdiyini bildiriblər.

Rusiya ilə ABŞ hazırda strateji nüvə silahlarının sayının məhdudlaşdırılmasına dair yeni müqavilə bağlamaq üçün danışıqlar aparırlar. Taktiki silahlar strateji silahlara nisbətən kiçik, az dağıdıcı olsalar da, onların sayını məhdudlaşdıran hər hansı müqavilə yoxdur.

XS
SM
MD
LG