Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:50

Bağdaddakı partlayış 54 nəfərin ölümünə səbəb olub


İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında intiharçının özünü şiə zəvvarları arasında partlatması 54 nəfərin ölümünə, 100-dən çox adamın yaralanmasına səbəb olub.

Bazar ertəsi baş vermiş bu qanlı terror aktı bir həftə ərzində sünni qiyamçılar tərəfindən törədildiyi güman olunan üçüncü belə hadisədir. Bundan bir neçə saat sonra yol kənarına quraşdırılmış bombanın işə düşməsi nəticəsində daha 12 zəvvar həlak olub.

Hər il şiə zəvvarlar dini mərasimdə iştirak etmək üçün ölkənin cənubundakı Kərbəla şəhərinə 80 kilometrlik yürüş edirlər.

XS
SM
MD
LG