Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:12

İran dövlətindən azərbaycanlı jurnalistlərə ayrıseçkilik?


Azərbaycanlı jurnalistlər İrana vizasız səyahət imkanından istifadə edə bilməzlər. Fevralın 1-də, Bakıda səfərdə olan İranın xarici işlər nazirinin hüquqi və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi belə deyib.

İranın Azərbaycan vətəndaşları üçün viza rejiminin fevralın 1-dən ləğv etdiyini deyən cənab Qaşqavi, bu güzəştin azərbaycanlı jurnalistlərinlərə .amil olunmayacağını vurğulayıb. bu qərarın şamil olunmayacağını bildiriblər. Azərtacın xəbərinə görə, Qaşqavi deyib ki, KİV-lərin nümayəndələri İrana getmək üçün viza almalıdırlar.

Qaşqavi İran İslam Respublikasının milli bayramı – İslam inqilabının 31-ci ildönümü münasibətilə Azərbaycandakı səfirliyi üçün inşa olunan binanın açılşında iştirak etmək üçün Bakıya gəlib. Yeni binada İran səfirliyinin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcəkdir.
XS
SM
MD
LG