Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

«Nabucco»nun direktoru Azərbaycana gəlir


Reinhard Mitsek
Reinhard Mitsek
«Nabucco»nun adı bilirsiniz, hardan götürülüb? 7 il əvvəl yeni qaz kəməri layihəsinin səhmdarları Vyanada toplaşanda, Dövlət Opera Teatrının binasında Verdinin «Nabucco» operasına baxıblar.

Sonra da təklif olunub ki, kəmərin də adını elə «Nabucco» qoysunlar. Operada səhmdarların xoşuna gələn o idi ki, operanın əsas mövzularından biri azadlıq idi.

«Wall Street Journal» yazır ki, bu il «Nabucco» layihəsi buxovlardan azad olub, azadlığa çıxmalıdır.

«BELƏ DEMƏK SƏHVDİR»

«Nabucco» Qaz Kəməri Layihəsinin direktoru Reinhard Mitsek gələn həftə Azərbaycana, Türkiyəyə, Orta Asiya ölkələrinə və öz dediyi kimi, hər yerə gedəcək.

Hazırda isə cənab Mitsek Tanzaniyada istirahətdədir və «Wall Street Journal»ın yazdığı kimi, «batareyalarını doldurur, çünki yaxın 12 ayda onu xeyli iş gözləyir».

Mitsek qəzetə deyib: «OK, qaz kifayət qədərdir. Belə demək səhvdir. Bu, son 2-3 ilin ən böyük səhvidir. Əgər qazı olan bu qazı Çinə, Amerikaya satırsa, bu, Avropa üçün itirilmiş qazdır. Bizim ehtimalımıza görə, Avropada qaz işlədilməsi ilə 1 faiz sürətilə artacaq. Avropada qaz istehsalı azalacaq. Yaranan fərqi doldurmaq lazımdır».

«EKZOTİKA»

Ancaq noyabr ayında Beynəlxalq Enerji Agentliyi bildirdi ki, qaz bazarında ola bilsin, 1915-ci ilə kimi təklif olunan qaz lazım olandan çox olsun. 1,5 faizlik tələbat artımı 1915-ci ildən başlana bilər.

Dekabr ayında «Bernstein Research» adlı təşkilat hesabat yaydı ki, Azərbaycanın və Türkmənistanın «Nabucco»ya 16 milyard kubmetr qaz verə biləcəyi şübhəlidir.

Hesabatda Misir və İraq kimi ölkələrin «Nabucco»ya mümkün qaz mənbəsi ola bilməsi isə «ekzotika» adlandırılırdı.

Mitsek bu hesabatlar barədə deyir: «Belə narahatlıqlar var. Ancaq xoşbəxtlikdən biz bu narahatlıqları bölüşmürük».

Mitsekin sözlərinə görə, Azərbaycanın «Şahdəniz» yatağı üzrə çox sıx təmaslar var. Eyni vəziyyət İraqdadır, Orta Asiyada isə «Nabucco»nun bir sıra səhmdarları artıq işləyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG