Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:10

Ordunun 100 milyon ABŞ dolları yoxa çıxıb


Tatrıstanda Rusiya əsgərləri
Tatrıstanda Rusiya əsgərləri
Keçən il Rusiya ordusunda korrupsiya dövlətə 3 milyard rubla – təxminən 100 milyon dollara başa gəlib. Bu da əvvəlki ildən iki dəfə çoxdur.

Hərbi prokuror Sergey Fridinskı bildirib ki, pullar əsasən ordu üçün malların alınmasında və layihələrin icrasında mənimsənilir. Evlərin tikilməsi üçün ayrılan pullar ümumiyyətlə yoxa çıxıb.

Prokurorun dediyinə görə saxtakarlıq və başqa cinayət ittihamları ilə keçən il altı general da həbs olunub.

Sergey Fridinskı BBC-yə bildirib ki, Rusiya ordusunda görülən sərt tədbirlərə baxmayaraq, 2009-cu ildə Rusiya ordusunda “dedovşina” – nizamnamədən kənar davranış halları da kəskin artıb. Prokuror bildirir ki, bəzi hallarda “dedovşina” ölümə və ya ağır xəsarətlərə gətirib çıxarıb.
XS
SM
MD
LG