Gürcüstanda bu ay yayıma başlamış rus dilli “Birinci Qafqaz” kanalının yayımı dayandırılıb.
Regional kanalın nümayəndələri bildiriblər ki, kanalın fəaliyyətinin dayandırılmasına səbəb peykin operatoru olan Fransada yerləşən “Eutelsat” şirkətinə Rusiya hökumətinin təzyiq etməsidir. Məlumata görə, “Eutelsat” Rusiyanın "Intersputnik" peyk şirkəti ilə sərfəli müqavilə imzaladıqdan az sonra kanalın yayımını dayandırıb.