Fevralın 1 və 2-də Omanın xarici işlər üzrə məsul naziri cənab Yusuf bin Alavi bin Abdulla Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sabah iki ölkə nazirinin görüşü olacaq. Danışıqların yekunuyla bağlı mətbuat konfransı keçiriləcək.