Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Pakistan talibançıları liderlərinin qətlə yetirildiyi xəbərini təkzib edirlər


Pakistan talibançıları liderləri Hakimulla Məsudun Amerika hərbçilərinin raket zərbəsi nəticəsində qətlə yetirildiyi haqda xəbəri təkzib ediblər. Qruplaşmanın sözçüsü Röyterə müsahibəsində məlumatın tamamilə yalan olduğunu bildirib.

Pakistanın dövlət televiziyasının yaydığı məlumata görə, Amerikanın pilotsuz hərbi təyyarəsinin endirdiyi raket zərbəsi nəticəsində Hakimulla Məsud aldığı yaralardan ölüb və ölkənin şimal-qərbindəki Orakzai rayonunda dəfn edilib. Pakistan hərbçiləri məlumatın həqiqətə nə dərəcədə uyğun olduğunu yoxlayırlar.

XS
SM
MD
LG