Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:59

Rüşvətə görə 383 məmuru istintaqa veriblər


Son il yarım ərzində Şanxayda 383 məmur rüşvət və korrupsiya ittihamları ilə istintaqa çəkilib. “Shanghai Daily” qəzetinin məlumatına görə yerli prokuror onların 279 milyon yuan (təxminən 41 milyon ABŞ dolları) rüşvət aldıqlarını iddia edir.

Istintaqa çəkilənlərdən 58 nəfəri yüksək rütbəli məmurlardır. Prokurorluq hesab edir ki, işin üstünə vaxtında düşdüyünüdən daha 167 milyon yuan (25 milyon ABŞ dollarına yaxın) məbləğdə də dövlət pulunu korrupsiyadan xilas edilib.

Hadisənin detalları "Korrupsiometr" səhifəsində.
XS
SM
MD
LG