Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 16:14

Haitidən uşaq çıxarmaq istəyən amerikalılar yaxalanıb

Bu günlərdə güclü zəlzələ baş vermiş Haitidə polis 10 ABŞ vətəndaşını həbs edib.

Onlar 30-dan çox uşağı qanunsuz yollarla ölkədən çıxarmağa cəhd göstərməkdə şübhəli bilinirlər.

Amma özünü xeyriyyə təşkilatının rəhbəri kimi təqdim edən onlardan biri bildirib ki, onlar qanun çərçivəsində hərəkət ediblər.

Amerikalılar Dominikan Respublikasının sərhəddində saxlanıb.
XS
SM
MD
LG