Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:39

Ərdoğan Yerevanı protokollara diqqətlə yanaşmağa çağırıb


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanı Türkiyə ilə imzalanmış protokollara diqqətlə yanaşmağa çağırıb.

O, bunu Euronews kanalına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, onun ölkəsi razılaşmadakı vədlərini yerinə yetirir və bu eyni şəkildə davam etdiriləcək.

Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə gəldikdə isə Ərdoğan deyib ki, Avropa Birliyinin bir sıra üzvləri Türkiyəni sıxışdırmaq istəyirlər.

O, xüsusi ilə Fransa prezidenti Nikole Sarkozninin mövqeyinə toxunub, deyib ki, Sarkozi ağılasığmaz fikirlər irəli sürür.

Amma nə edirlər etsinlər , biz fəaliyyətimizi səbrlə davam etdirəcəyik.

Amma təbii ki, bunun da bir sonu var deyə Ərdoğan vurğulayıb.

Rəcəb Tayyip Ərdoğan onu da qeyd edib ki, Avropa Birliyi xristian klubu olmamalı, islamofobiya kampaniyasına qoşulmamalıdır.

Əksinə, bu qrum belə kampaniyalarda iştirak edən ölkələrə xəbərdarlıq etməlidir.
XS
SM
MD
LG