Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 16:24

Gənclər Rəsulzadənin ad günündə aksiya keçirdilər


Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər
Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər.

Gənclər Əziz Əliyev küçəsindəki (Kukla teatrının qarşısında) parkda sakinlərə üzərində şam olan pirojnalar paylayıblar. Polis aksiyaya müdaxilə edib. İştirakçı Vüsal Bacar saxlanılıb, amma elə hadisə yerində şifahi izahatdan sonra buraxılıb.

Həmin parkda indi yerləşən fəvvarənin yerində Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulmalı idi. 2007-ci ildə heykəlin qoyulması ilə bağlı xatirə lövhəsi götürülüb, yerində fəvvarə tikilib. Bu addım ictimaiyyətin etirazına səbəb olub. Hər il Rəsulzadənin doğum günündə gənclər həmin yerdə aksiya keçirirlər. Həmin fəvvarə gənclər arasında “Rəsulzadə fontanı” kimi tanınır.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Şərhlər (17)

Bu forum dayandırılıb
XS
SM
MD
LG