Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:28

«Ah necə kef çəkməli əyyam idi...»


«Kommunist» qəzetinin 1 yanvar 1989-cu il nömrəsi
«Kommunist» qəzetinin 1 yanvar 1989-cu il nömrəsi
Rubrikanın budəfəki sayı üçün araşdırmanı bayram məqalələrində axtararkən «Kommunist» qəzetinin 1 yanvar 1989-cu il nömrəsində maraqlı bir yazıya rast gəldim. Onu olduğu kimi diqqətinizə çatdırıram.

SÜRÜNDÜRMƏÇİ:

- Yoldaşlar mən açıq-aşkar bildirirəm ki, aşkarlığın ikiəlli tərəfdarıyam, ancaq bir balaca gözləmək lazımdır. Ay çox, gün çox... Hara belə tələsirik?!

BÜROKRAT:

- Bilmirəm bu idarələri niyə belə ixtisara salıblar... Dövrü-qədimdən biri işləyib, yeddisi göstəriş verib. Məncə, idarənin adını dəyişmək kifayət idi.
TƏNBƏL:

- Kim deyir ki, mən yenidənqurmaya əməl etmirəm? Əvvəllər sağ böyrü üstə yatırdım. Bəs indi sol böyrü üstə yatan kimdir, mən deyiləm?!

ANONİMÇİ:

- Yaza-yaza köhnəni yıxmışam, indi obyekt təzələnib. Deyirlər ki, imzasız olmaz, yalandan imza atmağa nə var....

KAĞIZBAZ:

- İnciməyin, yoldaşlar, mən də bilirəm ki, kadr insandır. Amma hər kadrın arxasında 5-10 qovluq durmalıdır ki, bunu da siz bilməlisiniz.

ŞƏKKAK:

- Mən inanmağın əleyhinə deyiləm. Lakin hər bir inanılmış adamı biz ömür boyu yoxlamalı, təftiş etməliyik...

YERLİBAZ:

- Torpaq şirin şeydir, yoldaşlar. Həmyerlilərim başımda cəm olanda elə bilirəm ki, rəhmətlik nənəmin isti qucağında mürgü vururam.

OĞRU:

- Canım nə düşmüsüz mənim üstümə! O «nesundu», «çırpışdırandı» nə zəhirmardı, qara qarışqa kimi basıb aləmi, oğurluğa anbarda mal qalır ki...

QƏYYUM:

- Lay, Lay, bala, Lay, Lay,
Yat, qal dala lay, lay

Mənim vəzifəm ana laylası qədər şirindi, onun ziddinə getməkmi olar?!

YALAN:

- Bilmirəm bu nə işdi, yaz-yay hay salırlar ki, yalanı beşikdə boğmaq lazımdır. A yoldaş sədrlər, direktorlar, rəislər, müdirlər, ilin heç payızı olmayacaq, «əl mənim ətək sənin» – deyən çağlarınız gəlməyəcək? Qorxmursunuz ki, ətəyimi çəkəm, əlləriniz boşda qala? ...

İNZİBATÇI:

- Mənə dəxli yoxdur sən nə işlə məşğulsan. İstəyirsən heç əlini ağdan qaraya vurma. Ancaq səhər işə gələndə və axşam evə gedəndə bu zəhrimar kitaba hökmən qol çəkməlisən. İş vaxtı dağı dağ üstə qoysan da, bu kitabda imzanı görməsəm, atam da gəlsə xeyri yoxdur, əmrini verəsiyəm, vəssalam!

MÜFTƏXOR:

- Hamı töhmət edir ki, mən ortada yeyib, qıraqda gəzənəm. Əcəb işdi, nə fərqi var ki, mən qıraqda yeyib ortada gəzirəm ya ortada yeyib qıraqda gəzirəm. Camaatın elə bil başqa işi-gücü yoxdur.

BOŞBOĞAZ:

- Bu boğaz ki məndə var e, bir qoşuna cavab verərəm. Yenidənqurma dövründə yəni xitabət kürsüsü olmayacaq?!

YALTAQ:

- Deyirlər ki, guya yaltaq ən yırtıcı heyvandır. Ay aşkarlıq yaradanlar, inanmayın bu sözə! Mən həmişə hamıya kiçilmişəm! Müdir yanında boynumu qısmaqdan başım bədənimə yapışıb, belim dəvə belinə dönüb, təzə daraqdan çıxmış pambıq kimi yumşaq olmuşam. Pambıqla da baş kəsmək olar?...

Əfqan

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG