Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:54

Macarıstan Rusiyayla Cənub Axını qaz kəməriylə bağlı sazişi imzaladı


Macarıstan və Rusiya Cənub Axını qaz kəmərinin çəkilməsi üçün razılaşma imzalayıblar.

Budapeştdə, Macarıstanın Maliyyə naziri Peter Ozsko və "Qazprom"un İdarə heyətinin sədri, həm də Rusiyanın baş nazirinin müavini olan Viktor Zubkov sənədə imza atıblar. Razılaşmaya görə, Macarıstan Cənub Axını qaz kəmərinin ölkə ərazisindən keçən hissəsini tikmək üçün şirkət yaradacaq.

Moskvanın Cənub Axını layihəsi Qara dənizin dibindən keçməklə Rusiya qazını Bolqarıstan, Serbiya, Macarıstan, İtaliya və Yunanıstana çatdırmağı nəzərdə tutur.

Bu kəmər Avropa Birliyi və ABŞ-ın dəstəklədiyi Nabukko layihəsinə rəqibdir.

Cənub Axını kəmərinin tikintisinə bu il başlamaq nəzərdə tutulur.
XS
SM
MD
LG