Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

«Rusiyanın siyasətində Azərbaycanın Qarabağa tam suverenliyinin bərpası yoxdur»


Rasim Musabəyov
«Rusiyanın siyasətində Azərbaycanın Qarabağa tam suverenliyinin bərpası ümumiyyətlə yoxdur».

Politoloq Rasim Musabəyov «İşdən sonra»da Qarabağ məsələsi ətrafında gedən müzakirələr zamanı belə deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağa real suverenliyi Rusiyanın heç bir planında yoxdur:

- Lap sabah gedib desək ki, Azərbaycan Rusiyanın tərkibinə keçir, Belarus kimi ümumdövlətə razılıq verir, yenə də mümkün deyil.

Proqrama telefonla qoşulan Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan isə deyir ki, Türkiyə bundan sonra istəsə də sərhədlərin açılması məsələsi olduqca çətin məsələdir:

- Keçən gün Ermənistandan gələn bir dostum danışdı ki, Azərbaycanla Ermənistan sərhədində atışma olduqdan sonra Yerevanda ciddi çaxnaşma yaranıb ki, azərbaycanlılar sərhədi keçib və Yerevana gəlir.

Proqramda həmçinin adı çəkilən ölkələrin hərbi potensialı məsələsi müzakirə edilib.

Kimin hərbi potensialı daha böyükdür, Ermənistanın ya Azərbaycanın?

Rusiya Azərbaycana qarşı hansı siyasi taktikadan istifadə edir?

Biz daha xizəksürmədə Ermənistanı geridə qoyuruq, necə?

BU VƏ YA DİGƏR SUALLARA CAVAB TAPMAQ İSTƏYİRSİNİZSƏ PROQRAMI DİNLƏYİN
XS
SM
MD
LG