Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Futbolçular da oynamaq üçün rüşvət verirmiş


Çində futbolçular milli komandaya düşmək və beynəlxalq oyunlarda iştirak etmək üçün iri məbləğdə rüşvət verirlərmiş. Bu barədə Şanxayın rəsmi qəzeti xəbər verir. Qəzetin bugünlərdə yaydığı məlumata görə keçən həftə Çin Futbol Federasiyasının yüksək səviyyəli rəsmisi Nan Yonq və onun müavini Yanq Yimin saxlanaraq, istintaqa cəlb ediliblər. Buna görə onları keçən həftə Assosiasiyadakı işlərindən də çıxarıblar.

Qəzetin məlumatına görə gənclərdən ibarət komandaya düşmək üçün 80 000 yuan (12 000 dollar), yığmada oynamaq üçün 100 000 yuan (15 000 dollar), rəsmi oyunlarda iştirak etmək üçün isə 200 000 yuan (30 000 dollar) rüşvət vermək lazım olurmuş.

Amma qəzet konkret hansı oyunçuların rüşvət verməsi haqqında məlumat vermir.
Bu sahədə araşdırmalar keçən il ölkə rəhbərliyi futbolun səviyyəsindən narazılıq edəndən sonra başlayıb. Çin futbolu dünya sıralamasında 97-ci yerdə qərar tutur.

Keçən ay da Çində 16 komandanın rəsmiləri rüşvətə görə həbs olunublar. İttihama görə onlar futbol yarşıları üçün mərclərə pul qoyur, sonra da futbolçuları onların mərci udması üçün lazım olan hesaba oynamağa məcbur edirlərmiş.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG