Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:31

Avropa Məhkəməsinin prezidenti Eynulla Fətullayev barədə


“Prinsipcə, əgər yeni ittiham varsa, Avropa İnsan Haqları Məhkəməsinə yeni müraciət olunmalıdır”.

Bunu Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Jan Pol Kosta Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı irəli sürülən yeni ittihamlar barədə suala cavab verərkən deyib.

Strassburqda məhkəmənin Avropa ölkələrində fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirən Kosta Azadlıq Radiosunun sualına cavab olaraq deyib ki, yeni ittihamlar haqda eşidib, amma məsələni şərh etmək “onun üçün çətindir”.

Cənab Kosta bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi yaxın günlərdə E.Fətullayevin şikayəti əsasında qərarını elan etməlidir və o, məhkəmənin prezidenti olaraq qərar mərhələsində olan işlərə şərh verə bilməz.

“Gündəlik Azərbaycan” qəzetinin rəhbəri E.Fətullayev vergidən yayınma, terrora çağırış ittihamları ilə 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu yaxınlarda isə hüquq-mühafizə orqanları onun kamerasından heroin tapıldığını və jurnalistə qarşı yeni ittiham irəli sürüldüyünü deyiblər.

Azərbaycanda bəzi hüquq-müdafiə təşkilatları Avropa İnsan Haqları Məhkəməsindən xahiş ediblər ki, məhkəmə yeni ittihamı da köhnə işə “tikib” qərar versin.
XS
SM
MD
LG