Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:46

London konfransında Əfqanıstanla bağlı ilkin razılıq əldə olunub


London konfransında Əfqanıstanda təhlükəsizliyə görə cavabdehliyin mərhələ-mərhələ yerli qüvvələrə verilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Konfransda yayılmış birgə bəyanatda deyilir ki, artıq ilin ikinci yarısından başlayaraq belə bir qrafik də tərtib edilib.

Konfrans iştirakçıları həmçinin Əfqanıstana gələcək yardımları, bu ölkədə korrupsiyaya qarşı aparılacaq mübarizəylə bağlayıblar.

Əfqanıstan prezidenti Həmid Kərzai konfransda çıxış edərkən zorakılıqdan əl çəkən talibançılarla barışığa çağırıb.

Həmid Kərzai bundan əvvəl BBC-ə müsahibəsində ölkənin hələ təxminən 15 il beynəlxalq yardıma ehtiyacı olduğunu demişdi.
XS
SM
MD
LG