Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 08:01

ABŞ Azərbaycanın etiraz notasına cavab verdi


Cavab notasında ABŞ administrasiyasının Dağlıq Qarabağ adında qurumu tanımadığı bir daha bəyan edilir

ABŞ Dövlət Departamenti Amerika Konqresinin birbaşa Dağlıq Qarabağa maliyyə yardım etməsi ilə bağlı Azərbaycanın etiraz notasına cavabını Azərbaycanın bu ölkədəki səfirliyinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun AzadliqRadiosuna verdiyi məlumata görə, yanvarın 26-da Azərbaycan səfirliynə verilən cavab notasında ABŞ administrasiyasının Dağlıq Qarabağ adında qurumu tanımadığı bir daha bəyan edilir.

Elxan Poluxov: «Sənəddə bildirilir ki, ABŞ tərəfi Dağlıq Qarabağda keçirilən bütün proqramlarla bağlı Azərbaycan tərəfini açıq və şəffaf formada məlumatlandırmaq prinsipinə sadiq qalır».

Azərbaycan ABŞ-ın 2010-cu il üçün birbaşa Dağlıq Qarabağa 8 milyon dollarlıq yardım ayırmasına etiraz olaraq bu ölkəyə nota vermişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG