Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Bakı Qara dənizdə maye qaz ixracı terminalı yaratmaq istəyir


Algeria - Azeri Energy Minister Natig Aliyev at a meeting of the Organization of Petroleum Exporting Countries (OPEC) in Oran, 17Dec2008
Algeria - Azeri Energy Minister Natig Aliyev at a meeting of the Organization of Petroleum Exporting Countries (OPEC) in Oran, 17Dec2008
Azərbnaycan Qara dənizdə yeni maye qaz terminalının tikintisini təklif edir. Azərbaycanın Enerji naziri Natiq Əliyev bildirib ki, təklif bugünlərdə Bakıya gələcək Runıniya nümayəndə heyəti ilə müzakirələrdə elan ediləcək.

Bakı təklif edir ki, Azərbaycan-Gürcüstan-Rumıniya birgə maye qaz terminalının yaradılması imkanlarını nəzərdən keçirmək olar.

Gürcüstanın Enerji nazirinin birinci müavini Mariam Valişvili isə bildirib ki, Tbilisi Qara dənizin özünə aid sahilində bu cür ixrac terminalını qurmaq niyyətindədir. Gürcüstan bu terminalla Xəzər qazının Avropaya ötürülməsində iştirak etməyə çalışır. Gürcüstanın terminalı ildə 5-10 kubmetr qaz ixracına hesablanır.

Natiq Əliyev Londonda “Platts” agentliyinə müsahibəsində deyib: “Üç-dörd günə Ruməniyadan nümayəndə heyəti Azərbaycana gələcək. Məncə, biz Qara dənizdə üçtərəfli maye qaz ixracı terminalının yaradılması fikrini müzakirə edə bilərik. Ola bilər ki, bunun mümkünlüyünü araşdırmaq üçün işçi qrup yaradılacaq.”

Gürcüstanın Enerji nazirinin müavini Valişvili həmçinin bildirib ki, Azərbaycanla Rumıniya maye qazın Rumıniya ərazisindən daşınmasına dair anlaşma memorandumu imzalayıblar. Bu anlaşmada Gürcüstan ərazisindən də dəhliz kimi istifadə edilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG