Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 05:12

«Onun arabası var...» birinci oldu...


Azər Mehtiyev və Səadət Akifqızı
Azər Mehtiyev və Səadət Akifqızı
AzadlıqRadiosunun əməkdaşı Səadət Akifqızı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin «Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq» mövzusunda elan etdiyi jurnalist araşdırmaları müsabiqəsinin əsas mükafatını qazanıb.

S.Akifqızının «Onun arabası var...» araşdırması bir neçə yazı arasında ən yaxşı sayılıb.

Münsiflər heyətinin üzvü Qurban Yaquboğlu qaliblərin elan edilməsi mərasimində bildirib ki, müsabiqəyə təqdim olunan yazılar maraqlı olsa da, janr etibarilə yalnız bu yazı müsabiqənin şərtinə uyğun gəlib:

«O cümlədən, bütün kriteriyalar üzrə də araşdırma ən yüksək balı toplayıb».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə deyib ki, bu, tədqiqatdır: «Siz burda gərgin işin nəticəsini və suallara cavablar görə bilərsiz».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 2006-cı ildə bir qrup iqtisadçı tərəfindən yaradılıb. Qurumun əsas missiyası Azərbaycanın iqtisadi problemlərini araşdırmaq və cəmiyyətdə iqtisadi maarifçilik aparmaqdır.
XS
SM
MD
LG