Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:08

«İşdən çıxarılmış bənənyarlılar Ombudsman Aparatına gəlsinlər»


İşdən çıxarılmış bənənyarlılara Naxçıvan Ombudsman Aparatına müraciət etmək tövsiyə olunur. Bunu aparatın əməkdaşı Babək Hacıyev AzadlıqRadiosuna deyib. O, təminat verir ki, müraciət edənlərə heç bir təzyiq olunmayacaq:

«Sizin radio vasitəsilə onlara deyirəm ki, bura gəlsinlər, vəkillə görüşsünlər, baş verənləri ətraflı çatdırsınlar. Tam arxayın olsunlar ki, onların adları gizlin saxlanacaq».

Babək Hacıyev deyir ki, Ombudsman Aparatından həmin adamlarla maraqlanan olmayıb. Baxmayaraq ki, bir neçə gün əvvəl aparatdan AzadlıqRadiosuna işdən çıxarılan bənənyarlılarla maraqlanacaqlarını demişdilər.

Şikayətçilər deyirdilər ki, kənddə son hadisələrdən sonra işdən çıxarılıblar. Naxçıvan Təhsil Nazirliyindən də məsələni araşdıracaqlarını demişdilər. Ancaq AzadlıqRadiosunun növbəti zənginə nazirliyin qadın əməkdaşı heç kəsin yerində olmadığını, «ezamiyyətdə olduqlarını» deyib.
XS
SM
MD
LG