Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:00

Bakıda şaxtalı hava şəraiti davam edir


Azərbaycan ərazisində şaxtalı hava şəraiti davam edir, fasilələrlə qar yağır.

Hidrometeoroloqların məlumatına görə yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şaxtalı olacaq, mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturunun gündüz saatlarında mənfi 2 dərəcədən 1 dərəcəyədək isti, axşam 2-4 dərəcəyədək şaxta olacağı gözlənilir.

Bu gecə Azərbaycanın bəzi şərq rayonlarında qar yağacaq, yanvarın 28-də gündüz yağıntılar əsasən kəsiləcək.

Yanvarın 29-u Bakıda gündüz 5-7 dərəcə isti, 30-u isə 8-12 dərəcə isti gözlənilir.
XS
SM
MD
LG