Milli Təhlükəsizlik Nazirliyi dövlət məmuru kimi təqdim eləyərək fırıldaqçılıq yoluyla vətəndaşları aldada dəstəni zərərsizləşdirdiyini bildirib.
Nazirliyin yaydığı məlumatda iddia olunur ki, Hacıəli Abbasov adlı şəxs özünü Prezident Aparatının təhsil məsələləri üzrə əməkdaşı, Mirzə Quliyev adlı şəxs isə Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, vətəndaşlardan ali məktəbə tələbə düzəltmək üçün pul alıblar.
MTN-in iddiasına görə bu iki şəxs qəbul imtahanından yetərli bal toplamayan tələbələri Heydər Əliyev Fondunun xəttiylə ali məktəbə qəbul etdirəcəklərinə sözveriblər. Bu məqsədlə həmin şəxslər başqa bir şəxsin köməyi ilə rüşvət alarkən MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
MTN hadisəylə bağlı külli miqdarda zərər vurmaqla dələduzluq və özbaşına vəzifəli şəxs kimi təqdim etmə maddələri ilə cinayət işi açıb. Nazirlik bu adamların əməllərində çikayətçi olanlardan dövlət orqanlarına müraciət etməsi üçün müraciət edir.