Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:20

İlham Əliyevin AŞPA prezidenti seçilən türk deputata xüsusi təbriki


Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasi Parlament Assambleyasinin Prezidenti seçilən Mövlud Çavuşoğlunu teleqramla təbrik edib.

Azərtacın xəbərinə görə, İlham Əliyev bildirib ki, “Biz Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə və sıx əməkdaşlığa böyük əhəmiyyət verir, ümumavropa proseslərində bu mötəbər təşkilatın daim artan rolunu yüksək qiymətləndirir, Avropa Şurasının bütün strukturları ilə əlaqələrimizi genişləndirməyə çalışırıq.

Əminəm ki, insan hüquqları və azadlıqlarının təmin edilməsi, demokratik dəyərlərin təntənəsi, regionumuzda sülhün və sabitliyin bərqərar olması naminə konstruktiv əməkdaşlığımızın səmərəsini daha da artırmaq yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
XS
SM
MD
LG