Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

Fevralın 1-dən İrana vizasız getmək olar


Azərbaycan vətəndaşları fevralın 1-dən İrana vizasız səfər etmək imkanı əldə edəcəklər. İranın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin müdiri Behruz Zare Mirzaye yanvarın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İrana getmək istəyən istənilən Azərbaycan vətəndaşının Bakı, Gəncə və Lənkəran şəhərlərində müvafiq klinikalarda 18 manat vəsait ödəyib sağlamlıq haqqında arayış alması kifayətdir: «Əgər Azərbaycan vətəndaşları İranda 15 gündən çox qalmaq istəyirlərsə, o zaman İranın Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə müraciət edib 3 ay qalmaq üçün icazə ala bilərlər».

Konsul onu da deyib ki, hazırda konsulluq idarələri gündə 200-250 Azərbaycan vətəndaşına İrana getmək üçün viza verir: «Ümidvaram ki, viza rejimi ləğv olunandan sonra İrana gedən Azərbaycan vətəndaşlarının sayı artacaq».

1993-cü ildə Azərbaycanla İran arasında viza rejiminin ləğv edilməsi barədə memorandum imzalanıb, İran hökumətinin bu addımı həmin memoranduma uyğundur: «İran ümid edir ki, Azərbaycan tərəfi də İran vətəndaşları üçün viza rejimini ləğv edəcək».

İran-Azərbaycan sərhədinin 45 kilometrliyində yaşayan Azərbaycan vətəndaşları üçün mövcud olan sadələşdirilmiş viza rejimi də ləğv olunub./APA/
XS
SM
MD
LG