Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Ekoloji layihələrə milyonlarla manat sərf edilib


2009-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ekoloji layihələrə 50 milyon manat sərf edib. 2010-cu ildə ekoloji layihələrə dair xərclər bu göstəricini ötə bilər. Bu barədə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev mətbuat konfransında bildirib.

Vəsaitin böyük əksəriyyəti ekoloji avadanlıqlarının alınması, ARDNŞ müəssisələrinin texnoloji iş rejiminin əvəzlənməsi, çirklənmiş torpaqların və suyun təmizlənməsinə sərf edilib.

ARDNŞ-nin 2008-ci ildə ekoloji layihələr üzrə investisiyası 28,5 milyon manat, 2007-ci ildə isə təxminən 22 milyon manat təşkil edib./Trend/
XS
SM
MD
LG