Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:46

«Əsgərin intihara cəhd etməsi həqiqət deyil»


«Naxçıvanda əsgərin intihara cəhd etməsi barədə yazılanlar həqiqət deyil». Müdafiə nazirliyi belə bir açıqlama verib. Müdafiə Nazirliyi iki hərbçinin əsir düşməsi barədə yayılan məlumatları da təkzib edir.

Bəzi mətbuat orqanlarında Naxçıvanda bir əsgərin intihara cəhd etməsi, həmçinin Füzuli rayonu istiqamətində iki hərbçinin ermənilər tərəfindən əsir götürülməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyi məlumatların əsassız olduğunu bildirib.

Mətbuatda yayılan məlumata görə Naxçıvanda MR-də yerləşən hərbi hissələrdən birində əsgər intihara cəhd edib. Xəbərə görə, 2009-cu ilin oktyabr ayında Masallıdan hərbi xidmətə çağırılan həmin əsgər avtomat silahdan qarın nahiyəsinə atəş açıb və özünü ağır yaralayıb. Əsgərin intihara cəhd etməsinin səbəbi incidilməsi olub. Amma onun zabitlər, yoxsa əsgər yoldaşları tərəfindən incidildiyi bəlli deyil./AnsPress/
XS
SM
MD
LG