Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:39

İ. Əliyev təyyarə qəzasına görə başsağlığı verib


Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına qasırğalı hava şəraitinin səbəb olduğu ehtimal olunur. Yanvarın 25-də təyyarə Beyrut hava limanından qalxdıqdan az sonra radarlardan itib, Aralıq dənizi üstündə qəzaya uğrayıb.

90 sərnişinin hamısının öldüyü güman edilir. İndiyə kimi dənizdən 24 nəfərin meyiti tapılıb.

Livan prezidenti prezidenti Mişel Süleyman təyyarənin düşməsində terror ehtimalını təkzib edib.

Nəqliyyat naziri bildirib ki, sərnişinlərin əksəriyyəti livanlı və efiopiyalıdır. O cümlədən iraqlı, suriyalı, Livan əsilli Kanada, Fransa, Rusiya və Britaniya vətəndaşları da var.

Bu arada prezident İlham Əliyev sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Livan və Efiopiya respublikalarının dövlət başçılarına başsağlığı verib. Bu barədə AzərTAc məlumat yayıb.
XS
SM
MD
LG