Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Prezident qızını səfir təyin etdi


İspaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Özbəkistanın bu ölkədəki yeni səfiri Gülnarə Kərimova təyin edilib. O, prezident İslam Kərimovun böyük qızıdır.
Gülnarə Kərimova bundan əvvəl BMT-də Özbəkistanın səfiri olub. İspaniyanın Xarici İşlər Nazirliyinə də sənədləri yanvarın 18-də təqdim edilib.

37 yaşlı Gülnarə Kərimova əvvəllər həm də Özbəkistan Xarici İşlər nazirinin müavini, 2003-2005-ci illərdə isə Özbəkistanın Rusiyadakı səfirinin müşaviri vəzifələrini tutub.

O həm də Özbəkistanda Mədəniyyət və İncəsənət Fondunun qurucusudur. Bu fondun dünyanın bir neçə ölkəsində nümayəndəlikləri var.

İsveçrədəki "Bilan" jurnalının ötən ayında verdiyi məlumata görə Gülnarə Kərimova ötən il ölkəyə 570-655 milyon dollar sərmayə qoyub və o, İsveçrənin doqquzuncu ən varlı qadınıdır.
XS
SM
MD
LG