Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 00:49

Soçi görüşünün əsas yekunu: Minsk qrupu təklif gözləyir


Azərbaycan və Ermənistan yeniləşmiş Madrid prinsiplərinə öz təkliflərini verəcəklər. Bunu Soçi görüşününün əsas yekunu kimi Sergey Lavrov bildirib.

Azərbaycan və Ermənistan yeniləşmiş Madrid prinsiplərinə öz təkliflərini verəcəklər.

Bunu Soçi görüşününün əsas yekunu kimi Sergey Lavrov bildirib.

Rusiyanın xarici işlər naziri deyib ki, əsas prinsiplərdə tərəflərin razılaşa bilmədiyi yerlər var. Bu məqamlar üzrə özlərinin konkret ideyalarını, təkliflərini irəli sürmək haqda tərəflər razılığa gəliblər.
Russia -- President Dmitry Medvedev (C) meets with his Armenian and Azerbaijani counterparts Serzh Sarkisina and Ilham Aliyev in Sochi, 25Jan2010

Lavrov deyib ki, tərəflərin bu təklifləri Madrid prinsiplərinin yeniləşmiş mətninə daxil ediləcək. Rusiyanın Soçi çəhərində Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə görüşü olub.

Medvedev Rusiya prezidenti olandan İlham Əliyev və Serj Sarkisyan bu 3-lük formatında son 2 ildə artıq 5-ci dəfədir ki, görüşüblər.

ATƏT-in 2007-ci ildəki Madrid sammitində Azərbaycana və Ermənistana təklif olunan prinsiplərin yeniləşməsi kimi tanınan həll variantına görə Dağlıq Qarabağ problemi həm ərazi bütövlüyü, həm də xalqın öz müqəddəratını həll etməsi əsasında həll olunmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG