Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Gəncədə fasad təmiri başlayıb



Gəncədəki hündürmərtəbəli binaların fasadları dəyişdirilir, bir binanın təmiri 47 min manata başa gəlir.

Hazırda Şah İsmayıl Xətai prospetindəki 151 saylı binanın təmiri üçün 47 min manat vəsait xərclənib. Ötən il şəhərin mərkəzində 2 binanın fasad hissəsi dəyişdirilərək müasir görkəmə gətirilib.

Bu barədə məlumatı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov verib. Onun bildirdiynə görə, 2009-cu ildə Gəncənin Nizami və Şah İsmayıl Xətai prospektlərində yerləşən 149 saylı binanın 5200 kvadrat metr fasad hissəsi dəyişdirilib. Bu il də vəsait ayrılarsa digər bina evlərinin fasadları da müasir görkəmə salınacaq.

XS
SM
MD
LG