Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Avropadan nə gəlir: paltar, yoxsa dəyər?


Ləman Qaidova, Pərvanə Məmmədova və İlkin Hüseynli
Ləman Qaidova, Pərvanə Məmmədova və İlkin Hüseynli
«Avropadan gələn özü ilə nə gətirir? Paltar, axırıncı model kamera və s. İdeoloji dəyər gətirmirlər. İstisnalar var, təbii ki…».

Bu, «14-24»-ün qonağı bloqqer İlkinin fikridir. O hesab edir ki, Avropa ölkələrinə insan haqları, demokratiya və s. mövzularla əlaqədar təlimlərə göndərilən gənclər əksər hallarda düzgün seçilmir:

BARDA ALMAN QIZLARI İLƏ…

«Adamlar tanıyıram ki, onlar Almaniyaya treninqə gediblər, gəlib dostları ilə bölüşdükləri təcrübə nə olub? Gedən kimi, Münhendə barda alman qızları ilə tanış olublar. Bu insanda nə dəyişir? Hansı dəyər qazandı? Hansı intellektual qazancı oldu onun?».

Avropa Şurasının Təlimçilər Şəbəkəsinin üzvü Pərvanə Məmmədova isə deyir ki, Avropa Şurası Gənclər Direktoratının fərqli mövzularla ildə ən azı 36 təlim kursları olur. O deyir ki, təlimçilərin seçimləri çox vaxt düzgün olur, amma şəxsi məqsədinə görə təlimə qatılanlar da istisna deyil:

«Bir vaxt var idi ki, Azərbaycan gənclərinin Avropa Şurası təlimlərində çox pis reputasiyası vardı. Mən iştirakçılar tanıyıram, ancaq ölkələrə gəzməyə gedirdilər. Aaa, bu təlim İspaniyadadır. Əşi, İspaniyada olmuşam, bu dəfə ora verməyim. Və yaxud, Gürcüstandadır. Əşi, Gürcüstana nə qədər getmək olar. Amma mən inanıram ki, onlara da hansısa formada töhfələri olub bu təlimlərin. Mən tanıdığım çox gənc var ki, yeniliklər gətirirlər, öz icmalarında yeni işlər həyata keçiriblər».

HƏR KƏS FƏRQLİ, HƏR KƏS BƏRABƏR

Gənclər üçün xaricdə təşkil olunan təlimlərin iştirakçısı Ləman Qaidova isə deyir ki, bu təlimlərə qatılmağı heç də ona asan başa gəlməyib. O düşünür ki, QHT sektorunda çalışmasa da, Avropada qatıldığı treninqlərin nəticəsini hələ də görür:

«Avropa Şurasının təlimlərinin böyük əksəriyyəti «All different, all equal» (Hər kəs fərqli, hər kəs bərabər) şüarı altındadır. Müxtəliflik əsasdır. Kiməsə məcbur edə bilməzsən ki, sən bu olacaqsan, yaxud olmayacaqsan. Avropada olan təlimlərin əksəriyyəti də bunu öyrədir. Siz Avropada çox nifrət etdiyiniz bir millətlə oturub çox maraqlı mövzuda danışa bilərsiniz. Çox sevdiyiniz bir xalqın nümayəndəsilə nifaq yaradacaq mövzuda danışa bilərsiniz».

MÜZAKİRƏ İLƏ BÜTÜNLÜKLƏ TANIŞ OLMAQ ÜÇÜN DİNLƏ DÜYMƏSİNİ VURUN....

Buna da bax:

XS
SM
MD
LG