Rusiyada çıxan «RBK daily»nin yaydığı məlumata görə, məşhur «Çerkizov» bazarının keçmiş sahibi Telman İsmayılov Rusiya Federasiyasında biznes fəaliyyətini dayandırmaq fikrində deyil.
ÇİN MALLARININ CƏNNƏTİ
Rusiyanın ən varlı adamlarından biri olan Telman İsmayılov Moskva yaxınlığında «Nyu-Çerkizov» bazarı tikmək üçün torpaq sahəsi axtarır.
«O, Çin mallarının cənnəti sayılacaq bu məkana, keçmiş ortaqlarını cəlb etmək fikrində deyil», - deyə «RBK daily» xəbər verir.
Hazırda AST şirkətlər qrupu, Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun rəhbərliyi ilə Moskva yaxınlığında 50 hektar ərazini almaq üçün danışıqlar aparır. Bunu, «RBK daily»yə, razılaşma iştirakçılarına yaxın olan şirkətlərdən birinin meneceri deyib.
Onun sözlərinə görə, burada, ləğv olunmuş «Çerkizov» bazarının yenidən qurulması və keçmiş icarəçilərin bu bazarda yerləşdirilməsi planlaşdırılır. Danışıqlar hələ başa çatmayıb, amma şirkətlər qrupunun nümayəndələri ümid edirlər ki, 2010-cu ilin fevralına danışıqlar onların xeyrinə bitəcək.
AXTARIŞA KEÇƏN İLİN YAYINDAN BAŞLANIB
AST-nin yeni layihə üçün torpaq sahəsi axtarışında olduğunu daşınmaz əmlak bazarının məsləhətçiləri də təsdiqləyib. «Penny Lane Realty» şirkətinin departament direktoru Aleksey Mogilanın «RBK daily»yə verdiyi məlumata görə, AST şirkətlər qrupunun nümayəndələri axtarışa keçən ilin yayından, «Cerkizov» bazarının bağlanmasından dərhal sonra başlayıblar.
AST-ni MKAD-ın (Moskva dairəvi avtomobil yolu) 5 kilometrliyində yerləşən 30 hektarlıq ərazi maraqlandırırdı. Lakin 2009-cu ilin 3-cü rübündə AST 250-300 hektar ərazi axtarmağa başladı. «RBK daily» qeyd edir ki, keçmiş «Çerkizov» bazarının ərazisi 80 hektar idi.
«Çerkizov» bazarı ötən il Rusiyanın baş naziri Vladimir Putinin birbaşa göstərişi ilə bağlanıb. Buna səbəb Telman İsmayılovun öz kapitalını Rusiyadan çıxararaq, Antalyada dəbdəbəli «Mərdan-Palas» oteli tikdirməsi olub.