Keçid linkləri

Təcili xəbərlər
2023, 28 May, bazar, Bakı vaxtı 07:59

Ombudsman Ruslan Bəşirlinin əfv olunması üçün prezidentə müraciət edəcək


Ombudsman Elmira Süleymanova Ruslan Bəşirlinin əfv olunması üçün prezident İlham Əliyevə müraciət edəcəyini deyir.

«Əfvlə bağlı müraciətlərim yenə olacaq. Ancaq tezliklə daha bir əfv fərmanının imzalanacağı inandırıcı deyil. Çünki sonuncu əfv sərəncamı keçən ay olub».

Ombudsmanın gənc bloqçular Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı hansı addımı atacağı apellyasiya məhkəməsinin qərarından asılı olacaq. Elmira Süleymanova bu barədə jurnalistlərə açıqlamasında deyib ki, onun məsələnin barışıq yolu ilə həll olunması barədə rayon məhkəməsinə müraciəti bir nəticə vermədi. Hazırda iş yuxarı instansiya məhkəməsindədir. Növbəti addım üçün apellyasiya məhkəməsinin qərarını gözləmək daha məqsədə müvafiqdir. Çünki vaxtından əvvəl edilən müraciət məhkəməyə təzyiq kimi də qiymətləndirilə bilər.

«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli 2005-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

2009-cu ilin noyabrın 11-də Səbail Rayon Məhkəməsi Adnan Hacızadəni 2 il, Emin Millini isə 2 il 6 ay, müddətinə azadlıqdan məhrum edib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər.

Gənc bloqçular 2009-cu il iyulun 8-də paytaxtın «Livan» restoranında baş verən münaqişə zəminində saxlanılıblar.
XS
SM
MD
LG