Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

Ombudsman Ruslan Bəşirlinin əfviylə bağlı prezdentə müraciət edəcək


İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin əfv olunması üçün prezident İlham Əliyevə müraciət edəcək. Bu haqda jurnalistlərə bu gün ombudsman özü məlumat verib.

Bloqqerlər Emin Milli və Adnan Hacızadə haqqında isə ombudsman deyib ki, onlarla bağlı hansı addımı atacağı apellyasiya məhkəməsinin qərarından asılı olacaq.

Ruslan Bəşirli 2005-ci ilin avqustundan həbsdədir. O 7 il müddətinə azadlıqdan məhrum edilib. Emin Milli və Adnan Hacızadə isə keçən il 2 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hüquq müdafiə təşkilatları onların həbslərinin sifarişli olduğunu bildirib.

XS
SM
MD
LG