Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

Son gün ərzində Pakistanda azı 28 adam ölüb


Pakistanda törədilmiş son hücumlarda azı 28 adam ölüb.

Dünən yaraqlıların Əfqanıstan sərhəddinin yaxınlığında hökumət qoşunlarının mövqeinə hücumu zamanı 2 zabit və 22 yaraqlı ölüb.

Bu gün isə Cənubi Vəziristanda intiharçının törətdiyi partlayış nəticəsində 1 polis və 3 dinc sakin ölüb.

Yerli polis rəisi ölənlərdən ikisinin uşaq olduğunu deyir.

Partlayış Qomal şəhərindəki polis məntəqəsinin ətrafında törədilib.
XS
SM
MD
LG