Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

«Ermənistan hökuməti nə qədər çox danışırsa, korrupsiya bir o qədər artır»


«Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir»
«Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir»
«Azərbaycanın böyük biznesində korrupsiya çiçəklənir».

Bunu «Qafqaz qovşağı» verilişində iqtisadçı Natiq Cəfərli deyib. Onun fikrincə, şirkət rəhbərləri korrupsiya hallarını heç gizlətmirlər də:

«Azərbaycanda «ZQAN Holdinq» adında şirkət var, onun rəhbəri Nəqliyyat nazirinin oğludur. Bu qurum ardıcıl olaraq Nəqliyyat Nazirliyinin tenderlərini qazanır. Artıq ölkədə bu cür korrupsiya yaranıb... 60-cı illərdə məşhur iqtisadçı Fridman deyirdi ki, liberal bazar iqtisadiyyatı istənilən halda siyasi dəyişikliyə səbəb olur. Azərbaycan hökuməti bu fikri çox ciddi mənimsəyib və azad iqtisadiyyatı inkişaf etdirmək istəmir».

Verilişə Yerevandan qoşulan Siyasi İqtisad Araşdırma İnstitutunun direktoru Andranik Tevanyan deyir ki, Ermənistan hökuməti korrupsiyanı inkar etmir və bu mövzuda çox sərt danışır:

«Ancaq onlar nə qədər çox danışırlarsa, korrupsiya bir o qədər çox olur».

A. Tevanyanın fikrincə, Ermənistan hökuməti sahibkarların vergidən yayınmasında maraqlıdır. Çünki bu cür biznes qurumları seçkilər zamanı mühüm rol oynayırlar:

«Bu qurumlar seçkiləri saxtalaşdıran əsas maşına çevrilirlər. Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir. Parlamentimizdə alkoqol, siqaret biznesi hərtərəfli təmsil olunur».

Gürcüstanlı qonaq - iqtisadi məsələlər üzrə ekspert Soso Simanişvili isə bildirir ki, prezident Mixail Saakaşvilinin həyata keçirdiyi islahatlar ölkədə iqtisadiyyatın liberallaşmasına yol açıb. Bu proses zəif də olsa, davam edir:

«Gürcüstanda iqtisadiyyatın liberallaşması bir faktdır. Heç kim mülkiyyət hüququnun pozulması hallarını inkar etmir. Amma bu, tək-tük haldır».
XS
SM
MD
LG